Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2021 21:24
Türkiyə Superliqasının 6-cı turunda səfərdə "Kayserispor"a uduzan "Qalatasaray" tarixində antirekord qeydə alınıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İstanbl təmsilçisi son 32 ildə mövsümə bu cür uğursuz start verməyib. İlk iki turda qalib gələn Fatih Terimin komandası növbəti iki matçında heç-heçə edib. Son iki oyunda isə uduzan "cim-bom" 6 matça cəmi 8 xal toplayıb.
"Sarı-qırmızılar" sonuncu dəfə 1989-1990 mövsümündə belə uğursuz başlanğıc etmişdi. O dövrdə komanda ilk 6 oyuna 7 xal toplayıb.