Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nalim balığının faydaları

Nalim balığının faydaları

Tarix: 23 Sentyabr 2021 21:51

Nalim balığı soyuq sularda yaşayan balıqlardandır. Bu balıq soyuğu çox sevir. Nalim balığının aktivliyi suyun temtraturu 10*- dən çox olduğu zamanlarda daha çox artır. Nalim balığını tutmaq çox çətin olur. Bu balıq çətin tutulmağına görə çox məşhur balıqdır. Nalim balığını başqa balıqlarla qarışdırmaq olmaz. Onun xarici görünüşü çox gözəldir. Nalim balığının üzgəcləri və quyruğu daha fərqli və gözəl quruluşa malik olur. Nalim balığının qurbağa başına oxşayan başı, uzun bığları və xırda dişləri olur. Onun dərisi bozun yaşıla çalarında olur. Nalim balığının kiçik, sarı və kənarları tünd yaşıl rəngli gözlərə malik olur.
Nalim balığının faydalı xüsusiyyətləri
Nalim balığının əti dadlı və qidalandırıcı olur. Onun ətinin 9%-ni yağlar təşkil edir. Nalim balığının qaraciyərinin 51-67%-i yağlardan ibarətdir. Nalim balığının tərkibində olanlar B1 vitamininin orqanizm tərəfindən sorulmasını ləngidir. Nalim balığının tərkibində olanlar yağda həll olan vitaminlərin (A, C, D, E) orqanizm tərəfindən sorulmasını sürətləndirir. Nalim balığının tərkibində çoxlu miqdarda yod, kalium, sink və marqanes var. Nalim balığı uşaqların zehni inkişafını sürətləndirir.
Hamilə qadınların nalim balığı ilə qidalanmasında fayda var. Bir çox uşaq qidalarına nalim balığının tərkibində olan amin turşuların tərkibinə bənzəyən süni qidalar əlavə edirlər. Bu uşağın fiziki və əqli inkişafının sürətlənməsinə səbəb olur.
Nalim balığının zərərli xüsusiyyətləri
Böyrək və öd daşı xəstəliklərindən əziyyət çəkənlərə nalim balığı yemək tövsiyə edilmir. Nalim balığının ətində olan bəzi kimyəvi birləşmələr orqanizmdə B1 vitamininin tərkibini dəyişir. Bu səbəbdən də ondan çox yedikdə orqanizmdə B1 vitamininin çatışmazlığı əmələ gələ bilir.


Etiketlər:  Nalim balığının faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ