Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan qərarını dünyaya duyurdu - Ermənistan məhv ola bilər

Azərbaycan qərarını dünyaya duyurdu - Ermənistan məhv ola bilər

Tarix: 24 Sentyabr 2021 10:51

Hələ 44 günlük Vətən müharibəsi başlamazdan öncə Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalardakı çıxışı zamanı həm Ermənistanı, həm də havadarlarını 30 illik işğala son qoyması, artan təxribatlarını dayandırıb münaqişənin dinc həlli variantının üstündən xətt çəkməməklə bağlı dəfələrlə etdiyi çağırışları qulaqardına vuran qarşı tərəfin aqibəti bütün dünyaya bəllidir. Nəticədə Azərbaycan Ermənistanın növbəti təxribatına əks-hücum həmləsi ilə cavab verərək bir aydan bir az artıq bir müddətdə ərazi bütövlüyünü bərpa etdi, düşməni "iti qovan" kimi torpaqlarından qovdu. Və bununla da, Azərbaycan BMT-nin qətnamələrinin icrasını özü təmin etdi və bu, dünyada ilk belə haldır. Ermənistan 10 noyabr üçtərəfli bəyanatı ilə kapitulyasiyasını rəmiləşdirdi ki, bu da Azərbaycanın tarixi Zəfəri demək idi.

Təxminən 2 gün sonra Vətən müharibəsinin birinci ildönümü qeyd olunacaq. Lakin hələ də Ermənistan üçtərəfli bəyanatda nəzərdə tutulan bir neçə bəndi icra etməkdən açıq şəkildə boyun qaçırmaqdadır. Bununla da beynəlxalq hüququ növbəti dəfə ciddi şəkildə pozaraq müxtəlif hadisələr ətrafında manipulyasiya cəhdlərini davam etdirən Ermənistana dünya ictimaiyyətinin gözü qarşısında növbəti ciddi xəbərdarlıq yenə də məhz 1 ildən sonra, BMT Baş Assambleyasının növbəti - 76-cı sessiyasının dövlət və hökümət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Prezident İlham Əliyev tərəfindən edildi. 

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasında yüksək səviyyəli ümumi müzakirələrdə çıxışı zamanı "Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib. Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik" ifadələrinə yer ayırmaqla, yenidən bütün dünya ictimiyyətinə Ermənistanın təxribatları ara verməyəcəyi təqdirdə hansı hadisələrin baş verəcəyi anonsunu duyurmuş oldu. Bununla da dövlət başçısı istər Ermənistana, istərsə də ona dəstək verən ermənipərəst qüvvələrə ritorikalarından əl çəkib, üçtərəfli sazişin müddəlarını icra etmək yolunu tutmayacaqları təqdirdə 44 günlük II Qarabağ savaşından daha betər vəziyyətlə qarşı-qarşıya qalacaqları xəbərdarlığını etmiş oldu..

Prezident İlham Əliyevin yüksək səviyyəli ümumi müzakirələrdə çıxışı zamanı "Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin" sözləri bir daha ara verməyən düşmən təxribatlarının hansı aqibətlə nəticələnəcəyi mesajı ilə yanaşı, bu istiqamətdə rəsmi Bakının artıq zəmin hazırladığını göstərir. Dövlət başçısının BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasında yüksək səviyyəli ümumi müzakirələrdə çıxışı istər müharibə zamanı, istərsə də ondan sonrakı müsahibələrində bildirdiyi "Nəyi, necə, nə zaman etməyi yaxşı bilirəm" tezisinin nə qədər real vəziyyətlə ayaqlaşdığını, vəziyyəti çox düzgün dəyərləndirdiyini bir daha təsdiq edir. Prezident bu ifadələri ilə sonra dünya ictimiyyətinə "dəfələrlə dedim, nə onlar yola gəldilər, nə də siz yola gətirdiniz. Biz də məcbur olaraq güc yolu ilə məsələni həll etdik. Çünki başqa seçim yeri qoymadılar" deməyə əsas yaradır.

Paşinyanın hakimiyyətə gəldiyi gündən bu vaxta kimi də Ermənistanın qonşuluq siyasətində heç bir dəyişikliyin şahidi olmadıq. Əksinə Ermənistanda hökümət tərəfindən təşviq edilən Azərbaycanofobiya hər ötən gün daha da artmaqdadır. Rejim dəyişikliyinə baxmayaraq, Ermənistanda faşist ideologiyası hökm sürməkdə davam edir. Konkret desək, İrəvan və ermənipərəst qüvvələr ritorikalarından əl çəkməyəcəkləri halda, vəziyyətin belə davam edəcəyi təqdirdə, Azərbaycanofobiyanın hər gün artacağı bir vəziyyətdə Azərbaycan əlini yanına sallayıb durmaq fikrində deyil. Nəhayət Ermənistan rəhbərliyi postkonflikt dövrünü düzgün dəyərləndirməli, Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməlidir, çünki daha başqa yolu qalmadı. İrəvan anlamalıdır ki, əks halda belə bir dövlətin coğrafiyadan silinmək ehtimalı da hər gün artır. 

Ermənistanın vəziyyətdən çıxış yolu, 10 noyabr bəyanatının şərtlərinə tez bir zamanda əməl etməkdən keçir. Yalnız bu halda Azərbaycan və Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər. İrəvanın geriyə addım üçün isə nə zamanı qaldı, nə də gücü...

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan qərarını dünyaya duyurdu Ermənistan məhv bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ