Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2021 11:10
ABŞ rəhbərliyi Haitidən olan mühacirləri Quantanamo həbsxanasına köçürməyi planlaşdırmır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki danışıb.
"Bunu etməyəcəyik, bu istiqamətdə heç bir plan olmayıb", - Psaki söyləyib.
Qeyd edək ki, son günlər ABŞ-ın cənubunda haitili miqrantların polis tərəfindən təzyiqlərə məruz qaldığı barədə məlumatlar yayılır.