Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2021 11:15
90-cı illərin top-modelləri fəal şəkildə podiumlara çıxdığı və bədən quruluşları ilə heyrətləndirdiyi dövrdə, onların arasında ən cazibədarı sayılan Linda Evanqelista "radarlardan" itib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunun dramatik izahı var imiş. Məlum olub ki, beş il əvvəl Linda onu eybəcər hala salan uğursuz prosedurdan keçib.
Model bu barədə özünün "Instagram" səhifəsində açıqlama verib.
O, etirafına "Mənim həqiqətim, mənim hekayəm" adını verib. 56 yaşlı supermodel "CoolSculpting" piyəritmə prosedurundan sonra həmişəlik qüsurlu qaldığını bildirib.
"Bu gün əziyyət çəkdiyim və beş ildən çox gizlətdiyim səhvimi düzəltmək üçün böyük bir addım atdım. Həmyaşıdlarımın karyerası çiçəklənərkən niyə işləmirəm deyə düşünən pərəstişkarlarıma cavab verəcəyəm: Səbəb, "Zeltiq CoolSculpting" proseduru ilə ciddi şəkildə eybəcərləşməyimdir, hansı ki, vəd edilənin tam əksini etdi: Piy hüceyrələrim kiçilmək əvəzinə artdı və mən hətta iki ağrılı, uğursuz korrektəedici əməliyyatdan sonra belə əbədi olaraq qüsurlu qaldım".
Nəticədə Linda ona bu hala salan şirkəti məhkəməyə verib. Model, əvvəlki kimi görünməməsinə baxmayaraq, evdən başını dik tutaraq çıxacağını vurğulayıb.
Qeyd edək ki, Evanqelista 1990-cı illərdə dünyanın ən böyük brendləri ilə əməkdaşlıq edib, bir çox kosmetik şirkətin siması olub, böyük moda evlərinin heç bir nümayişi onsuz keçməyib.