Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürəyin işinə mənfi təsir edən vərdişlər

Ürəyin işinə mənfi təsir edən vərdişlər

Tarix: 24 Sentyabr 2021 22:15

Balanslı pəhriz və nizamlı məşqlər ürəyin sağlam olması üçün vacibdir. Bununla birlikdə, bəzi vərdişlər var ki, onlar ürəyin işinə mənfi təsir edir.

Sonxeber.net xəbər verir ki, bu gündəlik vərdişlərdən xilas olmaq qaçılmaz görünür, ancaq sözün əsl mənasında ciddi fəsadları ortaya çıxa bilər.

Passiv həyat tərzi

Kompüter masasının başında, ofisdə monoton iş, evdə oxşar şəraitdə işləmək - təəssüf ki, bütün bunlar müasir həyat tərzinin reallıqlarıdır. Bəzən gərgin iş günündən sonra güc qalmır. Tədqiqatın nəticələri məyus edir: oturaq həyat tərzi ürək çatışmazlığı riskini ikiqat artırır.

Qalxın və hər saat ən az beş dəqiqə gəzin. Bu sadə texnika qan axınını normallaşdıracaq və damarların elastik qalmasını təmin edəcək.

Stress

Gərgin vəziyyətlərdə və stress vaxtı bədəndə adrenalin ifraz olunur, nəbz sürətlənir və bəzən qan təzyiqi yüksəlir. Təəccüblü deyil ki, bir çox xəstəliyin kökündə stress dayanır. Zamanla bu vəziyyət infarkt və insult riskini artıra, həmçinin ürək damarlarına zərər verə bilər.

Duzlu qidalar

Həddindən artıq natrium ürək xəstəlikləri üçün risk faktoru olan təzyiqi artırır. Bir çox qidalarda həddindən artıq miqdarda duz var və bu, ilk baxışdan həmişə aydın olmur. Konservləşdirilmiş tərəvəz və şorbalar, müxtəlif dondurulmuş yeməklər daha çox duz ehtiva edir.

Yuxusuzluq

Ürək bütün günü işləyir, yuxusuzluq isə ürək-damar sisteminin özünü bərpa etməsinə mane olur. Yuxunun birinci mərhələsində ürək döyüntüsü və qan təzyiqi aşağı düşür, ikinci fazada yenidən yüksəlir və düşür. Kifayət qədər yatmadıqda kortizol və adrenalin səviyyəsi bədəndə həmişə yüksək olacaq. Yetkinlərə gündə 7-8 saat, yeniyetmələrə isə 9-10 saat yatmaq tövsiyə olunur. (publika.az)


Etiketlər:  Ürəyin işinə mənfi təsir edən vərdişlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ