Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2021 19:02
"Evtanaziya"termininin yunancadan tərcüməsi yaxşı,rahat ölüm mənasını verir. Evtanaziya XVII əsrdə tibb elminə daxil olmuşdur. İlk müəllifi ingilis filosofu Frensis Bekon olmuşdur. O, belə deyirdi:" Həkimin vəzifəsi təkcə sağlamlığı bərpa etmək deyil, həm də xəstəlikdən qaynaqlanan əzab və iztirabları yüngülləşdirməkdir. Hətta qurtulma ümidinin qalmadığı halda ölümün özünü daha asan və rahatlaşdırmağı bacarmalıdır"
Daha sonralar həkimlər arasında evtanaziya tərəfdarlarının sayı artmağa başlamış,tətbiq edənlərin bir çoxları dövlət tərəfindən qanunsuz sayılaraq azadlıqdan illərlə məhrum edilmişlər.
Noderland könüllü ölümün leqallaşma pioneri olan ölkə kimi tarixə düşdü. 1984-cü ildə Ali məhkəmə evtanaziyanı qanuna salsalar da ən liberal qanunlar 2002-ci ildə İsveçrə dövləti tərəfindən qəbul edildi. İsveçrədə həkim ümidsiz vəziyyətdə olan xəstəyə ölümcül bir dərman təyin etmək hüququna malikdir. Yalnız xəstə könüllü bu qərarı verməli və özünə dərmanı yeritməlidir.
Seçim azadlığı və dünya ölkələrinin evtanaziya qanunları
Uzun illərdən bəri qüvvədə olan qanunvericilik yalnız xəstənin ölümü üçün deyil,həm də, məsələn, ona qulluq yükündən qurtulmaq, baxıcılıq və müalicə məsrəflərini ödəməmək və ya daha tez miras almaq üçün razı salınması halında bu qərarı verməyə vadar edən qohum və yaxınlar üçün də hazırlanmışdır. Yuxarıda sadalananların hər hansı biri sübuta yetirilərsə, cinayət işi açılır.
Getdikcə İsveçrə"Evtanaziya turizmi üçün MƏkkə" halına gəldi. 2011-ci ildə Sürixdə aparılan refenduma görə evtanaziya turistlərə də şamil olunmağa başladı.
Belçika Niderlanddan çox tez nümunə götürərək 2002-ci ildə qanunu qəbul etdi. Qanuna görə yalnız üzün müddət mütəxəssislərin nəzarətində qalan və ölkə vətəndaşı olan xəstələr həkimlər tərəfindən ölümcül iynəyə məruz qala bilərlər.Niderlandda 12 yaşdan yuxarı insanlar üçün qanun keçərlidir.
ABŞ-ın 8 əyalətində - Kaliforniya,Oreqon,Vaşinqton, Montano,Vermont, Havay,Kalorado və Kolumbiyada evtanaziyaya qanuni icazə vardır.
Evtanaziyanın növləri
Hazırda iki əsas növü mövcuddur: Passiv evtanaziya (həkimlərin saxlayıcı terapiyasının qəsdən dayandırılması) və aktiv evtanaziya ( dərmanların ölməkdə olan bir insana verilməsi və ya tez, ağrısız ölümə səbəb olan digər prosedurlar). Könüllü və qeyri-iradi evtanaziya arasında fərq ondan ibarətdir ki, birinci halda hər şey xəstənin istəyi və ya əvvəlcədən alınmış razılığı ilə aparıldığı halda, qeyri-ixtiyari evtanaziya hüşsüz vəziyyətdə, şüursuz olan xəstənin qohumları və ya ailəsi, yaxud qəyyumlarının qərarı əsasında həyata keçirilir.
Evtanaziya əleyhinə olan arqumentlər
Evtanaziya demək olar ki, bütün dinlər tərəfindən inkar edilir, çünki onlar prosesi adi intiharla eyniləşdirir.
Evtanaziyadan sui-istifadə halları da istisna edilmir. İnsanın qəfil ölümünə maraqlı olanlar az deyildir.
Həmçinin,düzgün olmayan müalicə və vaxtından əvvəl ölüm qərarı verə bilən həkim səhvləri də mümkündür.
Bunlardan başqa qanunlarda olan boşluqlar doldurulmalı, daha dəqiq və xəstəliklərə uyğun qərarlar işlənib hazırlanmalıdır.
Bu səbəblərdən dolayı Niderland və Belçikada bir neçə evtanaziya hadisəsinin cinayət araşdırmları davam etməkdədir. Belə skandallar zaman-zaman evtanaziya tətbiq olunan digər ölkələrdə də təsadüflənir.
Evtanaziyanın mənfi və müsbət tərəfləri hansılardır?
Evtanaziya tərəfdarlarının nəticəsinə görə, prosedur insanı ağrı və əzabdan azad edir. İntiharla bağlı çoxsaylı qərarlar kritik vəziyyətdə olan xəstələrin ağlından keçir. Bəzən hətta güclü ağrıkəsicilər belə normal həyat sürməsinə yardım edə bilmir. Bunlardan əlavə, evtanaziyaya icazə verərkən həkimlər ölümcül xəstələrə öz mülahizələri ilə deyil, qanunlarda nəzərdə tutulan rəsmi protokolları tətbiq etməklə kömək edirlər.
Evtanaziya hər istəyə bağlı aparılmır, səhv bir fikir söyləmək riski minimuma endirilir, Çünki bu, bir adamın qərarından asılı deyildir.
Nəhayət, belə bir tədbir xəstənin ailəsini fiziki, emosional və maddi baxımdan yükdən qurtarır. Komada olan xəstənin müalicəsi olduqca bahalı olduğu hamıya məlumdur.
Evtanaziyanın dezavantajları da danılmazdır. Bir çox insan vəziyyətin mürəkkəbliyi və sağlamlıq durumunu şişirtməyə meyllidir.İnsan səhvən qarşısı alınamayacaq bir qərar verərsə, geri dönüşün olmayacağını unudur.Ən ağır hallarda belə vəziyyəti yüngülləşdirmək və yaxınlarla dəyərli vaxt keçirmək üçün hər zaman bir şans olduğunu insan nəzərə almalıdır.
Çox vacib bir məqam, xüsusən, bir qanunvericilik çərçivəsində belə evtanaziyanın aparılmasına nəzarət etmək olduqca çətindir.Korrupsiyaya qarşı mübarizə aparılsa da, kiminsə evtanaziya qanunundan istifadə edərək istənməyən insandan qurtulmağa çalışacağı istisna olunmur.Bundan əlavə, evtanaziyanın bütün dinlərdə əxlaq prinsiplərinə tamamilə zidd olduğu da nəzərə alınmalıdır.Evtanaziya nə qədər adekvat arqumentlərə sahib olsa da, bir çoxlarına görə cinayət olaraq qalmaqdadır.Həkimlər öldürülən bir insana həyat verə bilmirlərsə, bəs niyə onu almaq hüququna malik olmalıdır?
Nə etməli?
Evtanaziya qərarı verən şəxs yaxud ailəsi bilməlidir ki, düzgün qərar verirlər. Bəlkə daha da mübarizəni davam etdirməyə dəyərdi - deyib heyfslənməməlidirlər. Bəlkə dəyərli həyatı artıq dərəcədə qiymətləndirmə haqda ətraflı düşünməli, təbiətin verdiyi ağrı və iztirablara olduğu ki dözməli idim kimi suallar ,beyinlərində sual kimi qalmamalıdır.
Hira Abbey