Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış tennisçi 40-a çatdı

Tanınmış tennisçi 40-a çatdı

Tarix: 27 Sentyabr 2021 10:06

Tanınmış tennis ustası Serena Uilyamsın 40 yaşı tamam olub.

Amerikalı idmançı karyerası ərzində 23 dəfə "Böyük dəbilqə" seriyalı turnirlərin qalibi olub. Bu göstəricidə o yalnız avstriyalı Marqaret Kortdan cəmi bir titul geri qalır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Serena dörd "Böyük dəbilqə"ni iki dəfə ardıcıl qazanan nadir tennisçilərdəndir. Yalnız almaniyalı Ştefi Qraf üç dəfə böyük dördlüyün ardıcıl şəkildə qalibi olmağı bacarıb.

Uilyamsın kolleksiyasında dörd Olimpiya qızılı da var. Onlardan biri tək, qalanları isə cütlüklərin yarışlarında əldə olunub

Bununla yanaşı, Uilyams bacılarının kiçiyi olan Serena 319 gün ərzində fasiləsiz olaraq dünya tennisçiləri reytinqinə başçılıq edib ki, bu da sayca üçüncü ən uzunmüddətli göstəricidir.


Etiketlər:  Tanınmış tennisçi çatdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ