Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəyə görə payızda onkoloji xəstəliklər çox aşkarlanır? - Alimlərdən cavab

Nəyə görə payızda onkoloji xəstəliklər çox aşkarlanır? - Alimlərdən cavab

Tarix: 27 Sentyabr 2021 21:12

Payız - insan sağlamlığı üçün əsl imtahanın başladığı fəsildir. İlin ən təhlükəli aylarıdır. Təbiətin gücü tükəndiyi kimi insan orqanizmi də sönür, immunitet çökür, bu isə gizli qalan problemləri qabardır.

Sonxeber.net xəbər verir ki, il ərzində daha çox payız və qışda onkoloji xəstəliklər qabarır, başlayır və diaqnoz olunur.

Bunun da səbəbi mövsümi bioritmlərin pozulması, insanın payız aylarında zəifləməsi, yayda orqanizmini gücləndirməməsi və immunitetin bədxassəli hüceyrələrlə müalicəyə gücünün yetməməsidir.

Bütün onkoloqlar məhz payızda sağlamlığa ciddi fikir verməyi tövsiyə edir.

Oktyabrdan başlayaraq gün işığı azalır, gündüz saatlar azalır, bütün hormonların sintezi düşür. Orqanizm qənaət rejiminə keçir. Payız depressiyası, apatiyası və stress çoxalır. Bu da zəif və xroniki xəstəliyi olan insanlara daha da mənfi təsir edir.

Məhz stress, depressiya, vitamin D azlığı payızda onkoloji xəstəlikləri sanki oyadır, təkan verir. Çünki stres orqanizmin bütün gücünü sovurur.

Hazırda 50% insanlar payız depressiyasına düşür. Payız fəsil dəyişməsinə hər orqanizm dözmür, insan özünü zəif hiss edir, fiziki gücü azalır. Həm bədəndə, həm də ruhda, beyində disharmoniya olur.

Həkimlər payız girən kimi menyuda, rejimdə ciddi dəyişiklik etməyi tövsiyə edir. Mütləq 8 saat gecə yuxusu alınmalıdır, balıq, süd məhsulları, tərəvəzlər yeyilməlidir, təmiz havada gəzməli, stresə qarşı sakitləşdiricilər qəbul etməli, orqanizmi çox yormamalıdır.

Ciddi depressiya, nevrozluq varsa, psixiatra müraciət edin. Bu xəstəliklərin öz dərmanı var. Özü keçəcək, düşünməklə vaxt itirir, orqanizmi daha da tükədirsiz. /medicina.az


Etiketlər:  Nəyə görə payızda onkoloji xəstəliklər çox aşkarlanır Alimlərdən cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ