Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2021 21:18
Koronavirusa yoluxmadan 100% zəmanətli qorunma üsulu açıqlanıb.
Sonxeber.net xəbər verir ki, britaniyalı infeksionistlərin elmi tədqiqatlarının nəticəsi The Telegraph nəşrində çap olunub.
Alimlər bildirib ki, virusa yoluxmaqdan 100% qoruyan yalnız 2 amil ola bilər:
1- İnsan artıq bir və ya iki dəfə təbii olaraq xəstəliyə yoluxub və sağalıb
2- İnsan Pfizer və ya Moderna peyvəndindən 2 doza alıb.
Yalnız bu vaksinlər 97% qoruyuculuğa malikdir və daha güclü antitellər yaradır.
Alimlər bu immuniteti hibrid adlandırır.
Məşhur infeksionist Nikolay Malışev bildirib ki, britaniya alimlərinin bu elmi işi 100%lik zəmanət deyil və tam əminlik yaratmır. İstənilən tədqiqat bir neçə dəfə və daha çox sayda insan üzərində təkrar yoxlanmalıdır.
Peyvəndlə 90% zəmanət o halda ola bilər ki, buster doza, yəni insan 2 doza vaksin olandan bir müddət sonra üçüncü dozanı da vurdurub. /medicina.az