Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 10:56
Əfqanıstanın BMT yanında daimi nümayəndəliyi Baş Assambleyanın yüksək səviyyəli ümumi müzakirələrinin plenar iclaslarına qatılmayacağını bəyan edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyası sədrinin nümayəndəsi Monika Qreyli məlumat yayıb.
BMT rəsmisi bildirib ki, üzv ölkə Baş Assambleyanın İdarə Heyətini ümumi müzakirələrə qatılmaqdan imtina etmələri ilə bağlı məlumatlandırıb.
Daha əvvəl isə Əfqanıstanın adı BMT Baş Assambleyası sessiyasının yüksək səviyyəli həftəsinin son günündə çıxış edən ölkələr siyahısından yoxa çıxmışdı.