Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hiss etməliyəm ki, həyatımda əsl kişi var'' - Ayan Nadirdən danışdı

''Hiss etməliyəm ki, həyatımda əsl kişi var'' - Ayan Nadirdən danışdı

Tarix: 30 Sentyabr 2021 09:25

Müğənni Ayan Babakişiyeva "Üzə-düz" verilişində qonaq olub.

Sonxeber.net big.az-a istinadən xəbər verir ki, Ayan veriliş zamanı maraqlı açıqlamaları ilə diqqət çəkib. O, ailə quracağı insan haqqında danışıb:

"Həmişə demişəm ki, mənim həyatımda olan insan məndən 10 qat artıq güclü olmalıdır. Və mən hiss etməliyəm ki, mənim həyatımda əsl kişi var. Zaman var idi ki, özəl həyatımdan ağız dolusu danışırdım. Indi susacam ancaq. Bu mənim şəxsi həyatımdır. Hər zaman sevilən qadın olmuşam".

Veriliş zamanı müğənni Nadirlə yayılan və müzakirələrə səbəb olan görüntülərindən də danışıb:

"Nadir Qafarzadə ilə yayılan görüntülərə də münasibət bildirmək istəyirəm. Bir insandan soruşurlar. Necəsən? Deyir, kiminə görə yaxşıyam, kiminə görə pisəm. Kiminə görə gözəl və ya çirkinəm. Kimi üçün vicdanlı və ya vicdansızam. Məni necə görmək istəyirsinizsə, mən eləyəm. O insanların fikri mənə önəmli deyil. Bir insanın xarakteri necədirsə, onun həyata baxışı da elədir. Mən onu dəyişə bilmərəm. Pis insanlar mələyi də şeytan görürlər. Onların fikrini dəyişməyə nə həvəsim, nə də vaxtım yoxdur! Bu şou dünyasıdır və burda hər şey baş verir. Hər kəsin özəl həyatı var. O insanlar da bizi bilir. Mən özümü tanıyıram? Mənə yetər!"


Etiketlər:  Hiss etməliyəm həyatımda əsl kişi Ayan Nadirdən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ