Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 10:24
Bakı. Trend:
ABŞ-ın Yuta ştatında yeniyetmələr üçün nəzərdə tutulmuş psixiatrik xəstəxanada pasiyentlər arasında dava baş verib. Trend-in məlumatına görə, "Red Rock Canyon School" xəstəxanasındakı çaxnaşma zamanı xəsarət alanlar da olub.
Yerli Polis İdarəsinin nümayəndəsi Tiffani Atkinin sözlərinə görə, axşam saatlarında pasiyentlər arasında baş vermiş dava nəticəsində xəsarət alanların sayı deyilməsə də, tibb heyətindən xəsarət alanların olmadığı dəqiq məlumdur.
Hadisə yerinə xüsusi təyinatlılar və polis cəlb edilib. Hazırda hadisə ilə əlaqədar hələki 1 nəfərin saxlanıldığı bildirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin