Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 21:20
Çempionlar Liqasında həftənin futbolçusu açıqlanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Şerif"in (Moldova) qapıçısı Yorqos Atanasiadis bu ada layiq görülüb.
Yunanıstanlı qolkiper səsvermədə "Benfika"dan (Portulqaiya) Darvin Nunyesi, "Bavariya"dan (Almaniya) Leroy Saneni, "İnter"dən (İtaliya) Milan Şkrinyarı geridə qoyub.
Qeyd edək ki, "Şerif" qrup mərhələsinin 2-ci turunda "Real"a 2:1 hesabı ilə qalib gəlib.