Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 22:12
Dünyaca məşhur müğənni Şakiranın başına iş gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi Barselonada yerləşən parkların birində çöl donuzlarının hücumuna məruz qalıb. Bu barədə o sosial şəbəkədə məlumat verib:
"Oğlum Milanla parkdaydıq. İki çöl donuzu bizə tərəf gəldi və telefonumun olduğu çantanı götürüb meşəyə doğru qaçdılar. Çantamı meşədən tapmışam".
Qeyd edək ki, hadisə zamanı müğənni və oğlu xəsarət almayıb.