Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da məktəbdə silahlı insident olub

ABŞ-da məktəbdə silahlı insident olub

Tarix: 30 Sentyabr 2021 22:58

ABŞ-ın Tennessi ştatının Memfis şəhərində ibtidai məktəbdə atışma baş verib. Nəticədə bir uşaq ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, hadisə təxminən saat 09:15-də (Bakı vaxtı ilə saat 17:15) baş verib. Polis insident zamanı bir azyaşlının yaralanması haqqında məlumatı təsdiqləyib. Hadisənin təfərrüatları hələlik açıqlanmır.

Hadisədən sonra şagirdlər məktəbdən təxliyə edilib, hazırda araşdırma aparır.

Atəş açmaqda şübhəli bilinən şəxsin axtarışları aparılır.


Etiketlər:  ABŞ məktəbdə silahlı insident olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ