Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədə və 12-barmaq bağırsağı xora xəstəliyi

Mədə və 12-barmaq bağırsağı xora xəstəliyi

Tarix: 2 Oktyabr 2021 02:15

Xora xəstəliyi - mədə və ya 12-barmaq bağırsağın selikli qişasında davamlı zədə (xora) sahələrinin formalaşmasından ibarətdir.

Bu xəstəlik üçün xarakter əlamət, onun uzun müddət ərzində davam etməsi və periodik olaraq - əsasən yaz və payız aylarında - kəskinləşməsidir.

Hal hazırda sübut edilmişdir ki, xora xəstəliyi və xroniki qastrit Helikobakter Pilori adlanan mikrob tərəfindən törədilir. Bu mikrob on illərlə mədədə yaşaya bilir və çoxalaraq mədədə xroniki iltihab yaradır. Bundan əlavə mikrob mədənin divarlarını yararaq xora xəstəliyi törədir. Məhz bu sabəbdən qastrit və xora xəstəliyindən əziyyət çəkən bütün insanlar bu mikroba analiz etməlidirlər.

Xora xəstəliyinin baş vermə riskini, yəni onunla xəstələnmə ehtimalını artıran faktorlar yaxşı məlumdur:

- irsi meylliliyin olması;

- qan qrupunun 0(I) olması;

- "operator" fəaliyyəti ilə məşğul olmaq. Bu zaman insanlar vaxt çatışmazlığı (az vaxt ərzində) şəraitində tez bir zamanda qərar qəbul etməli olurlar (məsələn, (aviodispetçerlər, iri şirkətlərin menecerləri, birjalarda çalışan brokerlər və s.);

- alkoqollu içkilərin qəbul edilməsi;

- siqaret çəkilməsi;

- tez-tez baş verən, həmçinin uzun müddət ərzində davam edən steslər;

- sadə gigiyena qaydalarına riayət etməməsi və s.

Xora xəstəliyinin əsas əlaməti qarınüstü (epiqastral) nahiyədə olan ağrılardır. Ağrı əsasən qida qəbulu ilə əlaqəli olaraq orta və yüngül dərəcəli xarakterdə olur. Ağrıların əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar hər bir konkret xəstədə qida qəbulundan sonra təxminən eyni vaxtda baş verir. Xora xəstəliyi üçün xarakter əlamətlərdən biri də ağrıların "ac qarına" olmasıdır.

Xora xəstəliyi olan insanlarda qıcqırma, turş tamlı gəyirmə, ağrılarıların ən yüksək həddə çatdığı zaman baş verən qusma (bundan sonra xəstənin vəziyyəti adətən yüngülləşir) kimi əlamətlər və əksər hallarda qəbizlik də qeyd edilir.
Mədə xorası xəstəliyinin aşağıdakı ağır fəsadları ola bilər:

- Xora deşilərək qarın boşluğuna açıla bilər ki, nəticədə orada kəskin iltihab prosesi (peritonit) başlaya bilər;

- Mədə çıxacağında yerləşən xoralar sağaldıqdan sonra orada çapıqlar əmələ gəlir. Bu çapıqlar həmin sahənin daralmasına səbəb ola bilər;

- Xora sahəsindəki damarların tamlığının pozulması nəticəsində ağır qanaxmalar baş verə bilər;

- Mədə xorası gələcəkdə şiş xəstəliyinə də "çevrilə" bilər.


Etiketlər:  Mədə barmaq bağırsağı xora xəstəliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ