Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elmar Baxşıyev: “Qarabağ” çox şans vermir”

Elmar Baxşıyev: “Qarabağ” çox şans vermir”

Tarix: 3 Oktyabr 2021 22:16

"Çempionatın liderinə qarşı oynayacağımızı bilirdik. "Qarabağ" oturuşmuş heyətə malikdir və hər bir komandaya qarşı dominant futbol nümayiş etdirir".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ"la keçirilən oyunu dəyərləndirərkən deyib.

Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "qırmızı-qaralar" liderliyi əldən verib.

Oyunsonrası mətbuat konfransında Baxşıyevin cari mövsümdəki ilk məğlubiyyət şərhi belə olub: "Oyunla bağlı öz planımız var idi. Komanda verilən tapşırıqların öhdəsindən zaman-zaman gəlirdi. Futbolçuların çıxışından razı qaldım. İnanıram ki, get-gedə daha da inkişaf edə bilərik".

41 yaşlı mütəxəssis qaçırılan qol imkanının qırılma anı olduğu fikri ilə razılaşmayıb: "Qaçırılan qol imkanına qırılma nöqtəsi deməzdim. "Qarabağ" çox şans vermir. Bunu dəyərləndirsəydik, rəqibi daha çox təzyiq altında saxlaya bilərdik. Qarşıdakı matçlarda belə şansları dəyərləndirə biləcəyimizə inanıram".

Baxşıyev rotasiya imkanının azlığından da gileylənib: "Ehtiyat qüvvəmiz az olduğundan rotasiya etməkdə çətinlik çəkirik. Amma komanda meydanda mən istədiyimi verir. Futbolçuların oyundankənar vəziyyətə düşməsi normal haldır. "Qarabağ"ın müdafiəçilərinin ustalığı sayəsində onlar ofsayda düşürdü".

Milli.Az


Etiketlər:  Elmar Baxşıyev Qarabağ çox şans vermir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ