Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 15:20
Yaşayış məntəqəsi və qəbiristanlıq üçün təhlükə olan ərazidə bənd tikilir
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Ağsuda rayon ərazisindən axan Ağsu çayın Abasxanlı kəndi ərazisindən keçən hissəsində təhlükəli vəziyyətin aradan qaldrılması istiqamətində işlər davam etdirilir.
Çay suyunun kənd qəbiristanlığına yaxın ərazidə sürüşməyə səbəb olması səbəbindən həmin hissədə geniş miqayaslı mühafizə tədbirlərinə başlanılıb. Artıq son tamamlanma işləri görülür.
Qabyon bəndlərin tikintisi xüsusi dəqiqliklə aparılır. İlk öncə idarə əməkdaşları tərəfindən məftillər toxunur, daha sonra isə bənd üçün xüsusi olaraq hazırlanan daşlar texnikalar vasitəsi ilə həmin hissəyə tökülür. Abasxanlı kəndində yaşayan sakinlər artıq narahatlığıa ehtiyac qalmadığını bildiriblər. Çünki bu dayanıqlı qabyon bənd kənd qəbiristanlığını və ətraf əraziləri mühafizə edəcək.
Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən sel sularından mühafizə tədbirləri ilə paralel olaraq torpaq məcralı kanallarda lildən təmizləmə və kanalların beton üzlüyə alınması prosesi də uğurla davam edir. Kanallarda görülən işlər su itkisinin qarşısının alınması və suyun axın sürətinin artmasına səbəb olacaq.
Qeyd edək ki, Ağsu Suvarma Sistemləri İdarəsi 37 min hektar torpaq sahəsinə xidmət edir. Bu il rayonun suvarılan torpaq sahələrində ən çox taxıl, qarğıdalı və yem bitkiləri əkilib ki, həmin bitkilərin suvarılması da uğurla başa çatdırılıb.