Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 08:28
Ekologiyanın qayğısına qalmağa çalışan Apple şirkəti yeni iPhone 13 smartfonlarının qutularında plastik materialdan hazırlanmış örtüklərdən istifadəni ləğv edib. Bu təşəbbüs faydalı və doğru görünsə də, çinlilər bundan istifadə edərək artıq işlədilmiş smartfonu yeni cihaz adı ilə satmağın üsulunu tapıblar. İndiyənə kimi Apple smartfonlarının qutuları xüsusi şəffaf örtüyə sahib idilər. Lakin bu il şirkət bu cür üsuldan imtina etməyi qərara aldı və bunu plastik materialların ekologiyaya verdikləri ziyan ilə əlaqələndirdi.
Bundan sonra iPhone qutularında xüsusi şəffaf örtük əvəzinə kağız materialdan hazırlanmış möhür istifadə olunur. Məlum olub ki, həmin möhürləri çox rahatlıqla əvəz etmək mümkündür. Çinlilər artıq bunun üsulunu tapıblar. Beləliklə iPhone 13, 13 mini, 13 Pro və ya 13 Pro Max modellərindən hansınınsa alışı zamanı qutunun daha öncədən açılmadığına dair heç bir zəmanət yoxdur. Nəticədə qutunun içində artıq işlədilmiş cihaz və ya ümumiyyətlə başqa bir şey ola bilər. Buna görə də alıcılar bundan sonra daha diqqətli olmalı və smartfonun alışından sonra dərhal onu yoxlamalıdırlar.