Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2021 16:44
Məhəmməd Talıbov 2 dəfə yaralansa da, vətən uğrunda savaşa davam edib
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Məhəmməd doğmalarına verdiyi sözü tutaraq "qəhrəman oğul" kimi qayıtdı. Həm də tək ailəsinin deyil Vətənin igid oğlu kimi. İndi onunla uğrunda can verdiyi bütöv Azərbaycan fəxr edir. Vətən müharibəsində şücaət göstərən və zəfər dastanımızı yazan qəhrəmanlarımızdan biri - Məhəmməd Talıbov 1996-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olUB. Məhəmməd Azərbaycan ordusunda hərbi xidmətini başa vurduqdan sonra elə peşəsini də hərb sahəsinə bağlamağa qərar verib. Müddətdən artıq hərbi qulluqçu olaraq fəaliyyətə başlayıb. Vətən müharibəsi başlayan gündən isə torpaqlarımızın azadlığı uğrunda cəsarətlə savaşa qatılıb.
Düşmənin məhvi, vətənin müdafiəsi üçün rəşadətlə vuruşan Məhəmməd iki dəfə yaralanmasına, səhhətindəki ciddi problemlərə baxmayaraq yenidən cəbhəyə qayıdaraq döyüşməyə davam edib. Füzuli, Zəngilan, Cəbrayıl istiqamətində aparılan döyüş əməliyyatlarında qəhrəmanlıqla iştirak edib. Şuşaya qədər döyüş yolu keçən Məhəmməd noyabrın 3-də şəhid olub. İndi tək ailəsinin deyil, bütöv Azərbaycanın qəhrəmanına çevrilən Məhəmməd Talıbov şəhadəti ilə əbədi ölümsüzlük qazandı:
Məhəmmədin yarımçıq qalan arzu və istəkləri isə onun Vətənə əmanət qoyduğu 2 qız övladı ilə birgə böyüyüb reallaşacaq. Qeyd edək ki, Məhəmməd Talıbov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaətinə görə president İlham Əliyevin sərəncamları ilə Vətən uğrunda, Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Canı, qanı bahasına Vətənin məğrurluğunu özünə qaytaran igid oğullarımız kimi şəhid Məhəmməd Talıbovın da adı əbədi olaraq milyonlarca soydaşının qəlbində yaşayır, qan yaddaşımızda vərəqlənir.