Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qorxunc qətl statistikası

Qorxunc qətl statistikası

Tarix: 7 Oktyabr 2021 09:44

ABŞ-da ölkənin müasir tarixində ən yüksək qətl artımı qeydə alınıb. Belə ki, 2019-2020-ci illərdə qətllər 30 % artıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, keçən əsrdə əvvəlki rekord yüksək artım 2000-2001-ci illərdə qeydə alınıb- 20 % və 11 sentyabr 2001-ci ildə ölkədə törədilmiş irimiqyaslı terror aktlarının nəticələrindən irəli gəlir.

ABŞ-da belə statistikanın saxlanıldığı bütün dövr ərzində ən çox qətl sayı yalnız 1904-1905-ci illərdə qeydə alınıb. Bu da ehtimal ki, müvafiq məlumat və hesabatların daha yaxşı toplanması ilə əlaqədardır.

Ölkənin hər 100 min sakinə düşən qətllərin sayı 2019-cu ildə demək olar ki, 6,0-dan 2020-ci ildə 7,8-ə qalxıb, bu da 1995-ci ildən bəri ən yüksək göstərici olub.

Bu göstərici eyni zamanda, ABŞ-da hər 100 min nəfərə 10 cinayətin qeydə aldığı 1980-ci illərin əvvəllərindəki rəqəmlərdən xeyli aşağıdır.


Etiketlər:  Qorxunc qətl statistikası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ