Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Növbəti suvarma mövsümünə hazırlıq - VİDEO

Növbəti suvarma mövsümünə hazırlıq - VİDEO

Tarix: 7 Oktyabr 2021 14:08

Goranboyda subartezian quyulaının 520 ədəd nasosu təmir olunub

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Goranboy Suvarma Sistemləri İdarəsi rayonun 66 572 hektar ərazinin suvarılmasına xidmət göstərir.

Bu ərazilər əsasən Kürəkçay, Qaraçay çayları ilə yanaşı Şəmkir kanalı və mənbəsini Suqovuşan su anbarından götürən Sol Sahil Tərtər kanalı vasitəsi ilə suvarılır.

Hazırda Sol Sahil Tərtər kanalında torpaq məcralı ərazinin beton üzlüyə alınması işləri görülür və artıq kanalın 1 kilometrdən çox hissəsində işlər başa çatıb.

Təsərrüfatın suvarılmasında kanallarla yanaşı 16 ədəd nasos stansiyası və 958 ədəd subartezian quyularından da istifadə edilir.

Suvarılma zamanı problemlərin yaranmaması üçün nasos stansiyalarda və subartezian quyularda bəzi əsaslı və cari təmir işləri görülüb.

Səfikürd nasos stansiyasının II pilləsində , Qızılhacılı nasos stansiyasında, Boluslu nasos stansiyasında elektrik mühərrikləri əsaslı təmir olunub.

Subartezian quyularının 520 ədəd nasosu əsaslı təmir olunub, 33 ədəd isə təzə nasos alınaraq quyulara quraşdırılıb.

Həm kanalların beton üzlüyə alınmasında həmdə ki, nasos stansiya və subartezian quyularında görünən işlər sayəsində fermer və sakinlərin suvarma zamanı olan su problemləri aradan qalxır.

Arx və kanallarda növbəti suvarma mövsümünə hazırlıqla əlaqədar lildən və kol-kosdan təmizləmə işləri də aparılır.

Hazırda arxların kol - kosdan təmizlənməsi 3,8 min kubmetr, kanalların lildən təmizlənməsi 243,6 min kubmetr, selə qarşı görülən mübarizə işləri isə 77 min kubmetr olub.

Təzə qazılacaq subartezian quyuları isə rayonun Xınalı, Muzdurlar, Qaradağlı, Hazırəhmədli, Səfikürd, Əlirzalı, Qaramusalı kəndlərində və Qızılhacılı qəsəbəsində nəzərdə tutulub.

Bu subartezian quyuları vasitəsi ilə ümumilikdə 315 hektar sahənin suvarılması planlaşdırılır.

Qeyd edək ki, rayon ərazisində suvarılan 66 572 hektar sahənin, 24 500 hektarı taxıl, 3000 hektrı pambıq, 15200 hektarı yem bitkiləri, 1900 hektarı bostan-tərəvəz, 3 534 hektarı bağ, 2670 ha hektarı günəbaxan, 5734 hektarı biçənək, 8200 hektarı həyətyanı, 2430 hektarı xəsil, 72 hektarı meşə və 5332 hektarı isə digər bitki sahələridir.


Etiketlər:  Növbəti suvarma mövsümünə hazırlıq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ