Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda şəhidin adına bulaq inşa edildi - VİDEO

Bakıda şəhidin adına bulaq inşa edildi - VİDEO

Tarix: 7 Oktyabr 2021 14:18

Şəhid gizir Elfaq Nağıyev Xocavənd uğrunda şəhid olub

Hər damla şəhid qanı ilə daha da müqəddəsləşən Qarabağımız uğrunda döyüşlər başlayanda Nağıyev Elfaq Azad oğlu silaha sarılaraq ön sıralara atılıb.

O, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə 2020-ci il oktyabrın 21-də Xocavənd torpaqlarında şəhadətə yüksəlib.

Elfaqın vətənpərvərlik hissi hər zaman hər yerdə özünü göstərib.

Milli.Az Real TV-yə istinadən bildirir ki, dünən Azərbaycan Silahlı Qüvvələrinin giziri Nağıyev Elfaqın vaxtilə yaşadığı evin yaxınlığında bulağın açılışı oldu. Mərasimə şəhid ailələri, din xadimləri, qohumları, Elfaqı tanıyan kiçikdən böyüyə hər kəs toplaşmışdı.

Burada şəhidlərin ruhlarına dualar oxundu, güllər qoyuldu; məktəbli uşaqlar vətənpərvər ruhlu şeirlər səsləndirdilər.

Milli.Az


Etiketlər:  Bakıda şəhidin adına bulaq inşa edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ