Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakı Ali Neft Məktəbində - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakı Ali Neft Məktəbində - FOTO

Tarix: 8 Oktyabr 2021 11:50

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb. Səfiri Ali Məktəbdə görməkdən məmnunluğunu bildirən Elmar Qasımov BANM-in uğurlarından bəhs edib. Bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə Bakı Ali Neft Məktəbi kimi nüfuzlu, beynəlxalq səviyyəli bir ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib.

Sonxeber.net bildirir ki, Elmar Qasımovun dediyinə görə, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əlaqələr mövcuddur. BANM-in rektoru Türkiyə universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb. Həmçinin Türkiyə universitetləri ilə ikili diplom mövzusunda müzakirələr aparılıb. Səfir Cahit Bağcı Bakı Ali Neft Məktəbi ilə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduqlarını qeyd edib.

Görüşdə qarşılıqlı əməkdaşlıq, əlaqələrin yüksək səviyyədə inkişafı, Türkiyə universitetləri ilə BANM arasında birgə layihələr müzakirə olunub.


Etiketlər:  Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakı Neft Məktəbində FOTO


RƏYLƏR