Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İmişlidə iki maşın toqquşdu, FHN bir nəfəri xilas etdi

İmişlidə iki maşın toqquşdu, FHN bir nəfəri xilas etdi

Tarix: 22 Avqust 2019 10:57

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Qaravəlili kəndində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumatına görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Etiketlər:  İmişlidə iki maşın toqquşdu FHN bir nəfəri xilas etdi


RƏYLƏR