Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda dəhşətli hadisə: 6 yaşlı uşağın yanmış meyiti tapıldı

Azərbaycanda dəhşətli hadisə:  6 yaşlı uşağın yanmış meyiti tapıldı

Tarix: 11 Oktyabr 2021 12:26

Bakı şəhərinin Pirallahı rayonunda yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 215 kv.m olan birmərtəbəli, beşmənzilli binanın (taxta konstruksiyalardan ibarət ümumi həyət tipli ev) yanar konstruksiyaları ümumilikdə 155 kv.m sahədə yanıb.

Milli.Az bildirir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürüüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini xilas edilib. Yanğının kəşfiyyatı zamanı 2015-ci il təvəllüdlü Ələsgərov Emil Elkin oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az


Etiketlər:  Azərbaycanda dəhşətli hadisə 6 yaşlı uşağın yanmış meyiti tapıldı


RƏYLƏR