Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 11:36
Bakı. İlhamə İsabalayeva - Trend:
Hər il imtahanlara qatılan bəzi abituriyentlər qaydaları pozmaq üçün müxtəlif "yeniliklərə" əl atırlar. Biz də onları öyrənib, qayda pozuntularının qarşısını vaxtında alırıq.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, köçürmələr, özünün əvəzinə başqasını imtahana göndərmə halları var. İmtahan qaydalarını pozanların nəticələri ləğv edilir və ediləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin