Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniyada mənzillərin qiyməti artıb

Böyük Britaniyada mənzillərin qiyməti artıb

Tarix: 11 Oktyabr 2021 21:04

Böyük Britaniyada mənzillərin qiyməti 7,4 faiz artıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, u, son 14 ildə ən kəskin artım olaraq qeydə alınıb.

Mənzil maliyyələşdirmə təşkilatı Halifaks rəqəmlərin 2007-ci ildən bəri ən yüksək həddə qalxdığını bildirib. Təşkilat inflyasiya və vergilərin artması səbəbindən qarşıdan gələn dövrdə mənzil qiymətlərində artımın yavaşlaya biləcəyini açıqlayıb.

Mütəxəssislərin fikrincə, Britaniyada yeni növ koronavirus epidemiyası ilə əlaqədar tədbirlər tədricən yumşaldığına görə, istehlakçıların mənzilə olan tələbatında ciddi artım müşahidə edilib.

Xatırladaq ki, 2020-ci il iyulun 1-dən etibarən dəyəri 500 min funta qədər olan mənzil alqı-satqısının rəsmiləşdirilməsinə görə alınan gerb rüsumu (3 faiz) 1 il müddətinə tamamilə ləğv olunmuşdu. Güzəşt müddətinin cari il iyulun 1-də başa çatması isə mənzil alışlarının həcminə görünməmiş təkan verib. Nəticədə alıcılar təxminən 15 min funta qədər vəsaitə qənaət ediblər.


Etiketlər:  Böyük Britaniyada mənzillərin qiyməti artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ