Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 08:54
Yəmən Daxili İşlər Nazirliyinin üç zabiti ölkənin şərqində törədilən terror aktı nəticəsində həlak olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Saba" agentliyi məlumat yayıb. Məlumata görə, partlayış Səna şəhərindən 700 kilometr məsafədə yerləşən Seyyun şəhərində törədilib. Terrorçular DİN işçilərinin avtomobilinə əldəqayırma partlayıcı qurğunu yerləşdiriblər və polislər maşına əyləşərkən onu partladıblar. Hazırda cinayətkarların axtarışları aparılır.
Daxili İşlər Nazirliyi vətəndaşları istənilən şübhəli şəxslər barədə məlumat verməyə çağırıb.