Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 12:03
İran məhkəməsi ötən ilin oktyabrında saxlanılan Qarabağa dəstək aksiyasının 12 iştirakçısına hökm oxuyub.
Sonxeber.net xəbər verir ki, bu barədə "AzadliqRadiosu"nun Alive proqramında deyilir. Təqsirləndirilən şəxslərə 180 ay həbs cəzası, həmçinin 888 şallaq zərbəsi kəsilib.
Hüquq müdafiəçisi Nağı Mahmudinin sözlərinə görə, bu şəxslər sağlamlığa ağır zərər vurmaqda, asayişi pozmaqda, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunurlar. N. Mahmudi qeyd edib ki, həbs olunanlar ittihamlarla razılaşmırlar.
"Onlar ittihamlarla razı deyillər. Çünki etirazçılar sadəcə Ərdəbil parklarının birində plakatlarla Qarabağın azad edilməsi əməliyyatına dəstəyini bildirmək üçün toplaşıblar. Heç bir əxlaqsız hərəkət edilməyib", - deyə hüquq müdafiəçisi bildirib. Ötən ilin oktyabr ayında İranda Azərbaycana dəstək aksiyalarının keçirildiyi qeyd olunur. 30-dan çox iştirakçı saxlanılıb, onlardan 12-si barəsində cinayət işləri açılıb.
Kamran Seyidov