Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 09:20
Pentaqon nümayəndələri bu ay Özbəkistanda ABŞ-ın anti-terror qüvvələrinin yerləşdirilməsi məsələsini müzakirə edəcək.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.
"Danışqların gündəliyində anti-terror qüvvələrinin yerləşdirilməsi məsələsi dura bilər. Belə razılaşma ABŞ-a Əfqanıstandakı hədəfləri daha yaxşı izləməyə və hədəf almağa imkan verər", - deyə nəşrdə yayılan məqalədə bildirilib.
Qeyd edək ki, Co Bayden administrasiyası Əfqanıstanın sərhəd ölkələri ilə sözügedən məsələni müzakirə etmək istəyini ifadə etmişdi.
Milli.Az