Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir müavini: Taxta bazarındakı yanğının yayılma təhlükəsi yoxdur (YENİLƏNİB)

Nazir müavini: Taxta bazarındakı yanğının yayılma təhlükəsi yoxdur (YENİLƏNİB)

Tarix: 22 Avqust 2019 19:06

Bakı. Samir Əli, Ceyhun Ələkbərov - Trend:

Paytaxtın Nərimanov rayonu ərazisində taxta bazarındakı yanğına 250-dən artıq canlı qüvvə və 32 texnika cəlb olunub.

Trend-in məlumatına görə, bunu Bakının taxta bazarında yanğın baş verən əraziyə gələn fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. Onun sözlərinə görə, yanğının yayılma təhlükəsi yoxdur:

“Yanğın 3 saatdan artıqdır ki, davam edir. Müxtəlif yerlərdə mənbələr var, bunlar quru taxtalardır. Yanğının sahəsinə gəldikdə isə, təqribən 1500 kv.m-dən artıqdır. Hadisənin səbəbi isə işlərin yekununda bilinəcək”.

Nazir müavini əlavə olaraq bildirib ki, rayonlarda da meşə və meşə ətrafında olan yanğınlar davam edir.

XXX

17:58

Bakının taxta bazarında baş verən yanğın təxminən 1500 kvadratmetr ərazini əhatə edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, hazırda yanğın davam edir: "Yanğın tam nəzarətdədir, ərazinin söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsinə təxminən 25-dən artıq texnika, 300-dən artıq canlı qüvvə cəlb olunub. Hazırda yanğının nədən baş verməsi araşdırılır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir müavini Taxta bazarındakı yanğının yayılma təhlükəsi yoxdur YENİLƏNİB


RƏYLƏR