Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sənna otu - qəbizliklə mübarizə edir və arıqladır

Sənna otu - qəbizliklə mübarizə edir və arıqladır

Tarix: 17 Oktyabr 2021 06:03

Sənna otu həm keçmişdə, həm də müasir dövrdə ən təsirli təbii işlətmə vasitəsi sayılır.

Bu ot bağırsaqların fəaliyyətini gücləndirir və bunun nəticəsində qəbizliklə mübarizədə tez və effektli kömək edir.

Sənna otu bağırsaqlara yumşaq təsir edir və bu səbəbdən sənna əsasında olan preparatlarının pediatriyada istifadəsinə icazə verilir.

Saglamolun.az xəbər verir ki, sənna əsasən xroniki atonik qəbizlik, anus çatları və babasil zamanı işlətmə vasitəsi kimi istifadə olunur. Həmçinin sənna ödqovucu təsirinə malikdir.

Sənna otunun istifadəsi həmçinin artıq çəkidən azad olunmağa kömək edir. Məhz bu səbəbdən sənna bir çox arıqlamaq üçün olan təbii çayların tərkibinə daxil edilir.

Lakin nəzərinizə çatdıraq ki, sənna otu müalicəvi vasitədir və bu səbəbdən bu otdan yalnız qastroentoroloqla məsləhətləşdikdən sonra istifadə etmək olar. Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri və pozulmaları zamanı sənna otunun istifadəsinə icazə verilmir.

Hamiləlik zamanı da bu otdan çox ehtiyatla və yalnız ginekoloqla məsləhətləşdikdən sonra istifadə etmək olar. Bağırsaqların fəaliyyətinin artması uşaqlığa təsir edə bilər ki, uşaqlığ yığılmağa başlayacaq. Bu isə vaxtından tez doğuşa və uşaqsalmaya səbəb ola bilər.

Ev şəraitində sənna otu dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir (termosda dəmləmək daha yaxşıdır), 3-4 saatdan sonra bir neçə dəfə yaxşı süzülür və axşam yatmazdan əvvəl kiçik qurtumlarla içilir. Dəmləmənin təsiri təxminən 6-8 saatdan sonra baş verir.

Sənna otu həm qəbizliklə mübarizə aparır, həm də bağırsaqları burada yığılan şlaklar, toksinlər, nəcis daşlarından əsaslı şəkildə təmizləyir.

Bütün digər otlar kimi sənna otu allergik reaksiyalara səbəb ola bilər.

Uzun müddət ərzində sənnanı qəbul edən insanlarda bu vasitəyə alışma yaranır ki, bunun nəticəsində bu ot orqanizmə artıq lazım olan təsir etmir. Bunu nəzərə alaraq sənna otunu digər işlətmə təsiri olan otlarla növbələşmək lazımdır.

Digər tərəfdən sənnanın uzun müddət ərzində qəbulu bağırsaqla qıcıqlandırıcı təsir edir və orqanizmdə vacib duzların azalmasına səbəb olur.

Sənna otu güclü vasitədir, bu səbəbdən onu həddən artıq miqdarlarda qəbul etmək olmaz - bu zəhərlənməyə səbəb ola bilər.

Milli.Az


Etiketlər:  Sənna otu qəbizliklə mübarizə edir arıqladır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ