Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumatlar

Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumatlar

Tarix: 28 Oktyabr 2021 21:56

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 prosessorlarının sahib olacaqları əsas özəlliklər barəsində məlumat verib. İnsayderin sözlərinə əsasən hər iki prosessor aparıcı texnoloji proses əsasında hazırlanacaq. Beləliklə verilmiş məlumata əsasən Snapdragon 898 prosessoru Samsung şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında, Dimensity 2000 prosessoru isə TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.

Snapdragon 898-in mərkəzi prosessoru 3.0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X2 supernüvəsindən, 2.5 GHz tezlikdə çalışan 3 ədəd yüksək perofmanslı nüvədən və 1.79 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsindən ibarət olacaq. Qrafik çip qismində isə prosessorda Adreno 730 istifadə ediləcək. Dimensity 2000-ə gəldikdə isə onun mərkəzi prosessoru 3.0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X2 supernüvəsindən, 2.85 GHz tezlikdə çalışan 3 ədəd yüksək performanslı nüvədən və 1.8 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsindən ibarət olacaq. Dimensity 2000-də qrafik çip qismində isə Mali-G710 MC10 istifadə olunacaq. Hər iki prosessorun yaxın aylarda təqdim olunacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Snapdragon 898 MediaTek Dimensity 2000 barəsində yeni məlumatlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ