Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanət İsgəndərlinin gəlinindən YENİ İDDİA: Uşaqları rüşvətə öyrədir

Mətanət İsgəndərlinin gəlinindən YENİ İDDİA: Uşaqları rüşvətə öyrədir

Tarix: 29 Oktyabr 2021 13:00

"Vəkilim Namiq Hacıyev haqsız qərara belə göz yuma bilmədi".

Sonxeber.net xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana uşaqların ataya verilməsi haqda açıqlamasında bildirib. O, İnstaqramda post paylaşaraq bu vəziyyətdən narahat olduğunu qeyd edib:

"Hakim Etibar Musayev mənim övladlarımı dinləyərək, onların "Bilmirik, niyə atamızı seçirik, çünki o bizi balıq yeməyə aparacaq" cavabından sonra, indidən uşaqları rüşvətə öyrədən ataya verirsə, o, niyə bu vəzifənin sahibi olmalıdır? Mən ana olaraq hüquqlarımın tapdalanmasına yol verməycəm. Anaların haqqını qorumaq lazımdır. Mən cəmiyyətimizə sağlam və yararlı övlad gətirmişəm. Bu qərarlara görə, körpələrim psixoloji travma alırlar. Yəqin ki, səsimə səs veriləcək, dəstək göstəriləcək".

Qeyd edək ki, bu gün məhkəmənin qərarı ilə uşaqların qəyyumluğu ata Kərim Həmidova verilib.


Etiketlər:  Mətanət İsgəndərlinin gəlinindən YENİ İDDİA Uşaqları rüşvətə öyrədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ