Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 06:34
İtaliya yığmasının və "Yuventus"un futbolçusu Corco Kyellini bir müddət əvvəl karyerasını bitirməyi düşünüb.
Sonxeber.net komanda.az-a istinadən bildirir ki, 37 yaşlı müdafiəçi, bu barədə İtaliya mətbuatına açıqlama verib:
"Zədələrdən sonra çətin anlarım oldu. Altı ay sonra yenidən yaşıl meydanlara qayıtdım, daha sonra da koronavirusa görə sıradan ayrı düşdüm. Karyeramı bitirmək haqda düşünürdüm. Amma Avropa çempionatında iştirak etmək üçün çox çalışmağa davam etdim. Arzularım məni daha çox çalışmağa vadar edir".
Kyellininin "Yuventus"la müqaviləsi 2023-cü ilin yayına qədərdir. Müdafiəçi İtaliya yığması ilə AÇ-2020-nin qalibi olub.