Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft”un imzasını almış virus yayılıb

“Microsoft”un imzasını almış virus yayılıb

Tarix: 30 Oktyabr 2021 19:56

Kompüterlərə "FiveSys" adlı yeni virus yayılıb.

O, hansısa yolla "Windows" drayverləri üçün nəzərdə tutulmuş sertifikatlaşdırma proqramını uğurla keçib və "Microsoft" rəqəmsal imzasını alıb.

Məhz bu, virusun istifadəçilər tərəfindən asanlıqla qəbul edilməsini təmin edir. Belə ki, onlar hansısa rəsmi proqram təminatını yüklədiklərini düşünsələr də, bunun virus olduğundan xəbərsizdilər.

Məlumata görə, hakerlər bu virus vasitəsilə kompüterdə baş verənləri gizlincə izləyə və cihazı idarə edə bilirlər.


Etiketlər:  Microsoftun imzasını almış virus yayılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ