Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boyundakı duzlaşmanı aradan qaldırmağın təbii yolu

Boyundakı duzlaşmanı aradan qaldırmağın təbii yolu

Tarix: 30 Oktyabr 2021 22:48

Boyunda duzların yığılmasını onurğa sütununun osteoxondrozu adlandırırlar.

Onurğanın boyun hissəsi bədənin ən əhəmiyyətli hissələrindən olduğu üçün bu bölgədə pozğunluqlar bütün orqanizmdə ciddi narahatlıqlara gətirib çıxarır.

Boyun hissəsi boyun, üz və kəllə sümüyü toxumalarını qidalandıran damarların və sinirlərin cəmləşdiyi mərkəzdir. Bu səbəbdən də sinir uclarının əzilməsi, zədələnməsi nəticəsində başağrıları, ətrafların keyləşməsi, əzələlərin zəifləməsi, tez yorulma kimi narahatlıqlar meydana çıxa bilər.

Boyun bölgəsinə tətbiq olunacaq təbii kompreslə bunların qarşısını almaq olar.

Lazım olan məhsullar:

- kartof

- bal

- küknar yağı

Hazırlanması:

Sürtgəcin kiçik gözündən keçirilərək rəndələnmiş çiy kartofu və balı 1:1 nisbətində qarışdırın. Alınan kompresi boyun bölgəsinə və çiyin qurşağına qoyun. Üstdən kompres kağızını qoyun və izolə edərək sarıyın.

Kompresi 2 saat ərzində saxlayın. Çıxardıqdan sonra kompresin yerini nəm ilıq salfetlə silin və küknar yağı ilə yağlayın.

Müalicə kursu 7-10 prosedurdur.

Milli.Az


Etiketlər:  Boyundakı duzlaşmanı aradan qaldırmağın təbii yolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ