Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 gündə 5 kiloqram arıqlayın

3 gündə 5 kiloqram arıqlayın

Tarix: 31 Oktyabr 2021 11:15

Arıqlamaq istəyən bir çox insanın istifadə etdiyi üsullardan biri də bitki çaylarıdır. Bədəndəki şişkinliyi və toksinləri atmağa yardımçı olan bu tip içəcəklərdən biri də südlü yaşıl çaydır.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, südlü yaşıl çay pəhrizi ilə 3 gündə 5 kiloqram arıqlaya bilərsiniz.

Südlü yaşıl çay detoksu bədəndəki istiliyi artıraraq maddələr mübadiləsini sürətləndirir. Bu da qısa müddətdə daha çox çəki atmağa yardımçı olur.

Südlü yaşıl çay pəhrizini 3 günlük detoks proqramı ilə saxlanılır.

Tərkibi:

2 xörək qaşığı yaşıl çay

1,5 litr yarım yağsız süd

Hazırlanması:

1,5 litr südün hamısını qaynadın. Daha sonra ilıq olana qədər soyumasını gözləyin. İçinə 2 xörək qaşığı yaşıl çay əlavə edin. Ağzı bağlı şəkildə təxminən 20-25 dəqiqə dəmləyin. Dəmlədikdən sonra süzüb şüşə butulkaya tökün.

İstifadə qaydası:

Səhər saat 10-dan başlayaraq 2 saat aralıqlarla axşam eyni vaxta qədər için.

Çayla yanaşı gün ərzində ən azı 3 litr su istehlak etməlisiniz. Gün ərzində başqa yemək yeməyin. Detoksdan istifadə etdiyiniz müddətdə ən az 20-25 dəqiqə gəzin və əlavə 20 dəqiqə idman edin.

Südlü yaşıl çay detoksunu maksimum 3 gün edə bilərsiniz. 3 günün sonunda artıq çəkinin necə atdığınızı müşahidə edəcəksiniz.


Etiketlər:  gündə kiloqram arıqlayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ