Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2019 19:20
Bu gün İspaniya millisinin sabiq hücumçusu Fernando Torresin vida oyunu keçirib.
Qol.az xəbər verir ki, bu görüşdə 35 yaşlı futbolçunun hazırkı klubu - Yaponiya “Saqan Tosu”su başqa bir yapon komandası - Andres İnyestanın çıxış etdiyi “Vissel Kobe” ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub. İspan oyunçu sözügedən matçda 90 dəqiqə oynayıb və qol vura bilməyib.
Torres karyerasını başa vurmaqla bağlı qərarını bu ili iyununda açıqlayıb. O, klub səviyyəsində “Atletiko”, “Liverpul”, “Çelsi”də çıxış edib.