Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İbrahimoviç azarkeşlərin təhqirlərinə münasibət bildirdi: “Adrenalin yaranır”

İbrahimoviç azarkeşlərin təhqirlərinə münasibət bildirdi: “Adrenalin yaranır”

Tarix: 2 Noyabr 2021 09:38

"Roma"ya qarşı matçda karyerasında 400-cü qoluna imza atan Zlatan İbrahimoviç oyundan sonra jurnalistlərə açıqlama verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 40 yaşlı futbolçu əla oyun keçirdiklərini, meydanda öz güclərinə inanaraq mübarizə apardıqlarını və üslublarına sadiq qaldıqlarını bildirib:

"Oyunun asan olmayacağını bilirdik. "Roma" cari mövsümdə doğma meydanda uduzmamışdı. Biz çox yaxşı oyun keçirdik. Yubiley qolu? Mən hələ də sürprizlər göstərə bilərəm! Cərimə zərbəsi zamanı top saatda 101 kilometr sürətlə uçdu? Oh! Adətən daha sürətli uçur, ən azı saatda 200 kilometr sürətlə. Yəqin ki, yaş öz sözünü deyir", - deyə İsveç yığmasının futbolçusu vurğulayıb.

Futbolçu "Roma" fanatları tərəfindən təhqirlərə məruz qalmasına da münasibət bildirib:

"Bu, mənə lazımdır. Nə qədər qışqırırlarsa, özümü bir o qədər canlı hiss edirəm. Adrenalin yaranır", - deyə Z.İbrahimoviç bildirib.

Milli.Az


Etiketlər:  İbrahimoviç azarkeşlərin təhqirlərinə münasibət bildirdi Adrenalin yaranır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ