Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bu gün Nazim olmağımda Flora Kərimovaya borcluyam” - Faytonçu Nazim - VİDEO

“Bu gün Nazim olmağımda Flora Kərimovaya borcluyam” - Faytonçu Nazim - VİDEO

Tarix: 2 Noyabr 2021 14:40

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Nazim Pişyari olub.

Milli.Az xəbər verir ki, sənətçi, Xalq artisti Flora Kərimova ilə tanışlığından danışıb:

"Xalq artisti Flora Kərimova ilə məni Əməkdar artist Teymur Əmrah tanış edib. Teymurla restoranların birində birgə çalışırdıq. "Sevda yolu"adlı bir mahnı ifa etmişdim. Teymur Əmraha dedim ki, mən bu mahnını Flora xanımla ifa etmək istərdim. O da mənə dedi ki, mən onlara gedib-gəlirəm. Bu təklifini ona bildirəcəyəm. Mahnını bəyənsə razılaşacaq. Bir neçə gün sonra məlum oldu ki, Flora xanım mahnını bəyənib. Duet oxumağa razılıq verdi. Beləliklə daha sonra Flora xanım məni özü ilə neçə-neçə verilişlərə çıxardı. Bu gün Nazim olmağımda Flora Kərimovaya borcluyam. Ona təşəkkür edir".

Xalq artisti Flora Kərimova da sənətçinin açıqlamasına münasibət bildirib:

"Nazim deyir ki, Flora xanım, sizinlə tanışlıqda mənim naxışım gətirdi. Amma mən əksini deyirəm. Teymur mənə yaxşılıq etdi. Nazimin həm xasiyyəti, həm davranışı, həm ifası xoşuma gəldi. Bizim duetimiz Nazimin yaradıcılığında dönüş yaratdı".

Milli.Az


Etiketlər:  Bu gün Nazim olmağımda Flora Kərimovaya borcluyam Faytonçu Nazim VİDEO


RƏYLƏR