Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 23:54
Qarabağın baş tacı, dağlar gözəli Şuşa ilin bütün fəsillərində əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir. Şuşadakı Xan qızı bağı isə payız fəslində qızılı boyalarla işlənən tablonu xatırladır. Uzaqdan görünən dağlar, yarpaqları qızılı rəngə çalan ağaclar, xəzanın sarı, qırmızı rəngləri ilə yanaşı, təzə-tər otların göz oxşayan yaşıllığı və yarpaqların, otların arasından boylanan çiçəklər görənləri valeh edir. İnsan burada sanki başqa, sirli-sehrli bir aləmə düşür.
Sonxeber.net AZƏRTAC-ın bölgə müxbiri Tahir Ağaməmmədovun Şuşadakı Xan qızı bağından çəkdiyi fotoları təqdim edir.