Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 10:25
"Ailənin dağılmasında günah 99 faiz xanımlarda olur".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri "Tarixin bir günü" verilişində aparıcı Vüsalə Kərimova deyib. O, boşanmalarda günahın əksər hallarda qadında olduğunu söyləyib:
"Kimsə razılaşmaya bilər. Lakin cəmiyyətdə gördüklərimiz, yaşadıqlarımız bunu göstərir. Bir evi qoruyan da, dağıdan da qadındır. O istəsə yuvanı qoruyub, saxlayar. Bu hər kəsə aiddir. Tanınmış ailədirsə, ayrıla bilməz, deyə bir şey yoxdur. Bu qismətdi".