Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndində Azərbaycana qarşı casus şəbəkəsi qurulur?

Xankəndində Azərbaycana qarşı  casus şəbəkəsi qurulur?

Tarix: 5 Noyabr 2021 00:12

"44 günlük müharibədən sonra hələ ki, Ermənistan tərəfinin danışığında, verdikləri vədlərdə ciddilik çox zəif tərzdə özünü ifadə edir".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Xankəndində ermənilərin Azərbaycanşünaslıq mərkəzi açması hələlik elə də böyük məsələ kimi görünmür:

"Ermənilər boş-boş danışmağa həmişə öyrəncəli olublar və onu tətbiq ediblər. İndi də belə boş-boş vədlər verdiklərinin çox şahidi olmağa başlamışıq. Amma konkret işə, icraya, əmələ gəldikdə görürük ki, onların sözü ilə əməli üst-üstə düşmür, yalançılığa varırlar, özlərini qeyri-ciddi aparırlar. Təsadüfi deyil, bu gün elə Prezident İlham Əliyev də VIII Qlobal Bakı Forumunda dedi ki, biz ermənilərə bütün mesajlarımızı ötürmüşük, onlardan cavab gözləyirik, biz hərşeyə hazırıq.

Bu böyük proseslər fonunda Xankəndində ermənilərin Azərbaycanşünaslıq mərkəzi açıb, oradakı ermənilərin Azərbaycan dilini öyrənmələri üçün dil kursları təşkil etməsini biz tələsmədən şərh edək. Biz əvvəlcədən anons verməli deyilik ki, bu, nəyə qulluq edəcək, nəyə xidmət edəcək. Görək hələ onlar bu təşəbbüslə nəyi öz qarşılarında məqsəd kimi müəyyən ediblər. Çünki bəzi hallarda düşmən qarşısındakı tərəfinin, düşmən hesab etdiyinin dilini öyrənir. Bunlar o dərəcədə Qarabağda yaşayan ermənilərə azərbaycanlılara qarşı ideloloji yalanlar, iftiralar, nifrət aşılayıblar ki, indi bundan sonra Ermənistana hələ də inanmaq olmur ki, həqiqətən də onların niyyəti nəcibdir, yoxsa yox. 

Əslində bu, hələlik elə də böyük məsələ deyil. 20-25 min civarında olan, kompakt yaşayan bir erməni toplumu üçün bu kursların açılmasında həqiqətən də ciddi müsbət bir məram varsa, sağlam bir düşüncə ilə bu məsələyə yanaşıblarsa, o zaman bu addım təqdir oluna biləsi bir təşəbbüsdür. Amma yox, onlar bu addımla yenidən hər hansı bir təxribatyönlü işlərə rəvac verəcəklərsə, həmin adamları Azərbaycana qarşı casusluq etməyi öyrədəcəklərsə və s., onda bunun heç bir perspektivi olmayacaq. Əgər bu xoş niyyətdən irəli gəlirsə, təqdir olunmalıdır, çox güman ki, onun yaxşı gələcəyi olacaq. Faktiki olaraq dilimizi öyrənmək onlar üçün lazımdır ki, Azərbaycanın həyatına onlar inteqrasiya etsinlər, digər tərəfdən özlərini ikinci dərəcəli insanlar kimi hiss etməsinlər vəbilsinlər ki, faktiki olaraq 30 ildən artıq bu problemin meydana gəlməsində təqsir, günah bütünlüklə erməni millətçilərinin, erməni radikalların, onların separatçı meyilli ünsürlərinin üzərində olub. Odur ki, burada bizim heç bir günahımız olmayıb. Ermənilər indi həm bizdən üzr istəməlidirlər, həm də bilməlidirlər ki, bura Azərbaycanın öz torpağıdır və Azərbaycan öz torpaqlarında sabit, sakit həyat yaratmaq iqtidarındadır".

Təhməz Əsədov


Etiketlər:  Xankəndində Azərbaycana qarşı casus şəbəkəsi qurulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ