Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bred Pitt bir daha evlənmək istəmir - FOTO

Bred Pitt bir daha evlənmək istəmir - FOTO

Tarix: 5 Noyabr 2021 11:55

Uzun müddət birlilikdən sonra məşhur aktrisa Ancelina Colidən ayrılan Hollivud ulduzu Bred Pitt şəxsi həyatdan imtina etməyi və bir daha evlənməməyi düşünür.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ulduzun yaxınları bildiriblər.

57 yaşlı sənətçinin tanışları əmin edirlər ki, o, keçmiş həyat yoldaşı ilə boşanma prosesindən sonra üzərinə düşən böyük məsuliyyət yükü səbəbindən qadınlarla tanışlıq və görüşü prioritet hesab etməyi dayandırıb. Onun bir neçə görüşə getdiyi, lakin bunun ciddi bir şeyə səbəb olmadığı bildirilir. Bundan əlavə, Pitt Coli ilə birgə övladlarının qəyyumluğu barədə məhkəmədə çəkişməyə davam edir.

"Bred çox işləyir və mümkün qədər pozitiv olmağa çalışır. Ancelina ilə müharibə həqiqətən də Bredə öz təsirini göstərdi. Xoşbəxtlikdən, onun inanılmaz iradə gücü və gözəl dəstək qrupu var", - deyə tanışlarından biri bildirib.

Milli.Az


Etiketlər:  Bred Pitt bir daha evlənmək istəmir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ