Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2021 12:55
Rusiyalı müğənni Leonid Aqutin pərəstişkarı olan bir ailəni dağılmaqdan güclə xilas etdiyini açıqlayıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, Əməkdar artist bunun Dubayda baş tutan konsertində yaşandığını bildirib.
"Mənə fərqli məqsədlərlə yaxınlaşıblar. Mahnı istəyiblər, konsertimdə onların dilindən sevgilisinə evlilik təklifi olunmasını xahiş ediblər. Bu dəfə isə bir kişi yaxınlaşdı və dedi ki, zalda həyat yoldaşı oturub, 30 ildir birlikdəyik, dava etmişik. Bu da ayrılıq həddinə çatıb. Mənə qulaq asmır, bəlkə sənin vasitənlə barışaq. Mən də onları barışdırmağa çalışdım. Alındı da" deyə, Aqutin əlavə edib.
Aqutin ailədən danışarkən "Ən önəmlisi pandemiyada birlikdə olmaqdır. Hər hansı bir mübahisə olsa da, ayrılmaq yaxşı deyil. Görün, həmin şəxs üçün harda və neə fərq etmədi, o, şortikdə səhnəyə çıxan müğənnidən yardım istədi. Həmin cütlüyü səhnəyə dəvət etdim, onları barışdırdım" sözlərini söyləyib.