Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevil Mikayılova: Azərbaycan dövləti tarix yazdı, Cənubi Qafqaza sülh gətirdi

Sevil Mikayılova: Azərbaycan dövləti tarix yazdı, Cənubi Qafqaza sülh gətirdi

Tarix: 9 Noyabr 2021 19:30

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, Zəfər Gününün birinci ildönümü İspaniyanın paytaxtında da keçirilir. Azərbaycanın dostlarının sayı gündən-günə artır. Bu, bizi çox sevindirir. Bugünkü tədbirdə İspaniya ictimaiyyətinin görkəmli nümayəndələrinin iştirakı bir daha sübut edir ki, Azərbaycanın haqq işinə, ədalətli Zəfərinə böyük dəstək var.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Madriddə Zəfər Günü münasibətilə keçirilən qəbulda iştirak edən Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova deyib.

"Əminəm ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni reallıqlara və yeni sülh çağırışlarına bundan sonra da bu cür dəstək olacaq. Biz ümumilikdə Azərbaycan dövləti olaraq tarix yazdıq, Cənubi Qafqaza sülh gətirdik və növbəti addımımız bu sülhü möhkəmləndirməkdir", - deyə Milli Məclisin deputatı əlavə edib.


Etiketlər:  Sevil Mikayılova Azərbaycan dövləti tarix yazdı Cənubi Qafqaza sülh gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ