Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 13:30
"Ya Paşinyan yalan danışır ki, keçmişdə dəhlizlərin maddi-texniki təminatı olmayıb, ya da qərarları çoxdan dayandırıb".
Sonxeber.net Konkret.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Hraparak" qəzeti yazıb. Daha sonra nəşr yazıb:
"Nikol Paşinyan dünən deyib ki, Gorus-Kafan yolunun türklərin nəzarətinə keçən hissəsində Ermənistan vətəndaşlarına qarşı gömrük və sərhəd nəzarətinin həyata keçirilməsinin qarşısını almaq olardı, lakin dəhlizlərin logistikası baha başa gələcək prosesdir ki, bu da bizim üçün qəbuledilməzdir".
Qəzet dəhlizlərin maddi-texniki təminatının və nəzarətin necə olacağını Paşinyana bir daha sual olaraq vurğulayıb. Paşinyanın dəhlizlərlə bağlı mövqeyi, onların logistikası da sual altındadır.
"Bundan bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi, eləcə də Rusiya Baş nazirinin müavini Overçuk bildiriblər ki, "yolların suverenliyi bu yolların ərazisindən keçəcək ölkələrin üzərindədir". Nikol Paşinyan isə Rusiya Federasiyasının bu mövqeyindən məmnunluğunu ifadə edərək qeyd edib ki, bu, ilkin olaraq müəyyən edilib, Rusiya Federasiyası sadəcə olaraq bunu bir daha təsdiqləyir və Ermənistan heç vaxt dəhlizlərin logistikasına dair danışıqlar aparmayıb. Ona görə də Paşinyanın dünənki bəyanatını necə başa düşmək olar ki, sərhəd və gömrük nəzarəti məntəqələrinin yeri ilə bağlı fikir ayrılığı yaranarsa, bunun dəyəri dəhlizlərin maddi-texniki təminatı olacaq?".